2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin oktyabrın 2-nə olan xronikasını təqdim edir.
- Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib;
- Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Düşmənin daha bir neçə canlı qüvvə və döyüş texnikası məhv edilib. Düşmənin səhra idarəetmə məntəqəsi göyə sovurulub.
- Düşmənin təminat və döyüş vasitələri darmadağın edilib
- Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutub. Ermənilər uşaq bağçasına zərbələr endirib.
- Ermənilər cəbhə bölgəsində çəkiliş aparanjurnalistləri atəşə tutub.
- Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayıb. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.