CƏMİYYƏT14.10.2024 03:00

44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr

5310

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin oktyabrın 14-nə olan xronikasını təqdim edir:

- Prezident İlham Əliyev "France 24" televiziya kanalına müsahibə verib.

- Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarının bir neçə kəndləri işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib.

- Ermənistan Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.

- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd "Osa-AKM" ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

- Ermənistanın ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb.

- Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 1 nəfər həlak olub.

- Ermənilər Tərtərdə AZTV-nin əməkdaşlarını atəşə tutdu, xəsarət alan var.

- Erməni təxribatı nəticəsində ölən dinc sakinlərin sayı 43 nəfərə çatıb.

- Düşmənin daha bir PUA-sı məhv edilib. Məhv edilən düşmən raket komplekslərinin start mövqeyinə çıxarılmasının videogörüntüləri yayılıb.

- İşğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsü yayılıb.

YUXARI