İQTİSADİYYAT9.12.2022 14:00

2023-cü il dövlət büdcəsi təsdiq edildi

188

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi müzakirə edilib. Trend-in məlumatına görə, müzakirələrdə deputatlar büdcə ilə bağlı təklif və rəylərini bildiriblər.

Müzakirələrdən sonra 2023-cü ilin dövət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, dövlət büdcəsinin əvvəl müzakirə olunan variantına müxtəlif dəyişikliklər edilib. Büdcəyə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq olunub.

YUXARI