CƏMİYYƏT31.1.2023 20:00

2022-ci ildə Azərbaycanda 68 yeni dövlət standartı qəbul edilib

2089

2022-ci ildə Azərbaycanda 68 yeni dövlət standartı qəbul edilib. Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, 2021-ci ildə bütünlükdə 36 dövlət standartının qəbul edildiyini qeyd edib.

"2022-ci ildə verilən uyğunluq sertifikatlarının ümumi sayı 2065 olduğu halda, 2021-ci ildə 1733 uyğunluq sertifikatı verilib", - o deyib.

Abbasbəyli həmçinin Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Türk Standartları İnstitutu ilə əməkdaşlıq çərçivəsində ölkə ərazisində Türkiyənin 9000-dən çox milli standartlarının rəsmi nəşrlərini yaymaq hüququ əldə etdiyini əlavə edib.

"AZSTAND-ın nəzdində fəaliyyət göstərən laboratoriyalarda 2022-ci il ərzində 2700-dən çox məhsul üzrə 12000-dən çox sınaq aparılıb", - M.Abbasbəyli bildirib.

YUXARI