XƏBƏRLƏR9.7.2024 22:05

155 nəfərin deputatlığa namizədliyi irəli sürüldü: 71-i təsdiqləndi

2831

155 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

Məzahir Pənahov deyib ki, 156 nəfərin namizədliyi irəli sürülsə də, sonradan onlardan 1-i namizədliyini geri götürüb.

"Deputatlığa namzidliyini irəli sürən 155 nəfərdən 71 nəfərin namizədliyi təsdiqlənib, onlardan 43 nəfərə imza vərəqi verilib", - o əlavə edib.

YUXARI