DÜNYA30.5.2023 07:00

120-dən çox ölkənin lideri Ərdoğanı təbrik edib

3476

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yenidən prezident seçilməsi münasibətilə 19 ölkənin liderlərindən təbrik zəngləri gəlib.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Fəxrəddin Altun deyib.

Fəxrəddin Altun bu təbriklərin əhəmiyyətini vurğulayaraq, 100-dən çox ölkə və beynəlxalq təşkilatın rəhbərlərindən də yazılı təbriklərin gəldiyini qeyd edib.

YUXARI